Azərbaycan Diasporla İş Komitəsi böyük miqdarda dövlətin pullarını xərcləyib, xaricdə yaşayan bir qrup Azərbaycanlını Şuşaya gətirib, gəzdirib, yedizdirib, içizdirib. Amma bu, diplomatiya deyil.
AFN xəbər verir ki, bunu Sosial-strateji Tədqiqatlar və Analitik Araşdırmalar İctimai Birliyinin sədri İlqar Hüseynli deyib. O qeyd edib ki, bu səfərin heç bir məntiqi, hüquqi əsası yoxdur: “Bu insanların Beynəlxalq hüquq müstəvisində proseslərə heç bir təsir imkanı yoxdur. Bu insanların dünya çapında tanınan qəzetləri, jurnalları, musiqi qrupları, idman, aktyorluq və.s titulları belə yoxdur. Müəyyən istisnalrla Azərbaycanın tanınan simaları da deyillər. Nəyi dəyişir bu səfər?
Şuşalı Şuşaya gedə bilməyibsə, Amsterdamda, Almaniyada və.s Avropa ölkələrində xöşbəxtəm deyib keflə yaşayan insanları Şuşaya gəturməyin nəyə xeyiri var? Xankəndi, Xocalı erməni-rus girovundaykən bu səfər nəyi dəyişəcək?
Gəlsinlər, gəzsinlər tamam, onların, bizim hamımızın haqqıdır. Amma uşaqpulu deyib zarıyan millətin pulu, vəsaiti ilə yox! Diasporla İş Komitəsi ləğv olunmalıdır. Səfirliklər, konsulluqlar var ikən xalqın milyonlarla vəsaitini belə bir qurumun saxlanmasına xərcləmək, bu cür mənasız tədbirlərə xərcləmək israfçılıqdır.”