Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək.
APress.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova martın 26-da bildirib.
Onun sözlərinə görə, Sergey Lavrov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanla da görüşəcək.
Görüş aprelin 2-də MDB Xarici İşlər Nazirləri Şurasının toplantısı çərçivəsində keçiriləcək.