Türkiyə iqtidarı və müxalifəti keçmiş futbolçularla seçkilərə qatılacaq, yoxsa…backend
Siyasət
2180

Türkiyə iqtidarı və müxalifəti keçmiş futbolçularla seçkilərə qatılacaq, yoxsa…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 Türkiyədə 2023-cü ilin avqust ayında növbəti prezident seçkiləri keçiriləcək. Seçkilərə bir ildən çox vaxt qalmasına baxmayaraq, Türkiyə cəmiyyətində indidən müzakirələr qızışıb, prezidentliyə iddia edən bəzi namizədlər ortaya atılıb. Qardaş ölkədə baş verən bütün önəmli proseslər Azərbaycanda da diqqət mərkəzindədir.

Türkiyənin 6 müxalifət partiyasının lideri prezident üsul-idarəsinin parlamentar sistemlə əvəzlənməsi üçün bir araya gəlib. Bunlar İYİ Partiya lideri Meral Akşener, “Səadət” lideri Təməl Karamollaoğlu, Demokrat Partiyasının lideri Gültəkin Uysal, Gələcək Partiyasının lideri Əhməd Davudoğlu, DEVA partiyasının lideri Əli Babacan və CHP lideri Kamal Kılıçdaroğludur.

Hələlik Prezident, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğanın namizəd olacağı təsdiqlənsə də, digər namizədlər bəlli deyil. Ehtimallara görə, qarşıdakı seçkilərdə Cümhuriyyət Xalq Partiyasından İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri Əkrəm İmamoğlunun, Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaşın, partiyanın lideri Kamal Kılcdaroğlunun və İYİ Partiya lideri Meral Akşenerin prezidentliyə namizəd kimi seçkilərdə iştirak edəcəyi iddia olunur. Onların seçkilər yaxınlaşdıqca razılığa gələcəyi və vahid namizəd irəli sürəcəyi də söylənilənlər arasındadır.

Hokm.az Türkiyə prezidentliyinə namizədlərlə bağlı məlumatları oxuculara təqdim edir:

Türkiyə Respublikasının 12-ci prezidenti Rəcəb Tayyib Ərdoğan 68 yaşındadır. İmam Xatib liseyini və Mərmərə Universitetinin İqtisadi və ticari elmlər fakültəsini bitirib. Gənclik dövründə peşəkar futbolçu kimi fəaliyyət göstərib. 1976-ci ildən aktiv siyasətlə məşğuldur. İslami dəyərlərə sadiqliyi ilə bilinən Milli Səlamət Partiyası Bəyoğlu Gənclər Şöbəsinin sədri və həmin il də MSP İstanbul vilayət başçısı seçilib. Daha sonra Rifah Partiyası ilə siyasi fəaliyyətə təkrar qayıdan Ərdoğan 1984-cü ildə partiyanın Bəyoğlu rayon başçısı və yüksək idarə orqanına üzvü olub. 1989-cu il seçkilərində Türkiyə Parlamentinə deputat seçilsə də, sonradan onun deputat mandatı ləğv olunub. 1994-cü ildə keçirilən seçkilərdə İstanbul Bələdiyyəsinin sədri postunu daşıyıb.

1997-ci ilin dekabrında Siirtdə mitinq zamanı oxuduğu bir şeirə Ziya Göyalpın 1912-ci ildə “Balkan Savaşı” üçün yazdığı “Asker Duası”nın dəyişdirilmiş bir hissəsinə görə və çıxışının davamında “hər dövrün Firoun və Nemrutları olduğu kimi bunun qarşısına çıxacaq Musa və İbrahimləri də var” söyləməsi səbəbindən həbs olunur. Dörd ay müddətində həbsdə yatır və 2001-ci ildə yaradılan Ədalət və İnkişaf Partiyasının (AKP) sədri seçilir. Rəhbəri olduğu partiya 2002-ci il seçkilərində səslərin böyük çoxluğunu qazanaraq təkbaşına iqtidara gəlir. Seçkilərin birinci mərhələsində müxtəlif bürokratik əngəllərlə namizədliyi qəbul edilməyən Ərdoğan Siirtdə keçirilən təkrar seçkilərdə millət vəkili seçilir. Abdullah Gülün baş nazir olduğu 58-ci hökumətin istefasından sonra 59-cu hökuməti quraraq Türkiyə Cumhuriyyətinin baş naziri olur. 2014-cü ildən Türkiyənin prezidentidir.

Müxalif namizədlər:

Qazi Universitetinin İqtisadiyyat və İdarəetmə Fakültəsini və “Ankara İqtisadiyyat və Ticarət Elmləri Akademiyası”nı bitirən 74 yaşlı Kamal Kılıcdaroğlu mühasib köməkçisi kimi əmək fəaliyyətinə başlayıb. Ardınca bir il Fransada yaşayıb və geri döndükdən sonra Gəlirlər Baş İdarəsinin rəisi və qurumun baş direktorun müavini işləyib. 1999-cu il Türkiyə seçkilərində Demokratik Sol Partiyasının (DSP) sədri Bülent Ecevit tərəfindən millət vəkilliyinə namizədi olacağı bildirilsə də, bu baş tutmayıb. 2007-ci il seçkilərində rəhbəri olduğu Cümhuriyyət Xalq Partiyasından (CHP) millət vəkili seçilib. 2009-cu ildə Kamal Kılıçdaroğlu İstanbul Böyükşəhər Bələdiyyəsinə namizəd olaraq partiyasından CHP İstanbul millət vəkili seçilir. Kılıçdaroğlu 2010-cu ilin mayında keçirilən CHP-nin 33-cü Qurultayında 1249 nümayəndədən 1200-nün imzasını toplayaraq yeganə namizəd olaraq daxil olduğu 1189 etibarlı səslə CHP-nin 7-ci sədri seçilib. Elə o zamandan bu qocaman partiyaya rəhbərlik edir.

52 yaşlı Əkrəm İmamoğlu İstanbul Universitetini Biznesin idarə edilməsi üzrə bakalavr, İnsan resurslarının idarə edilməsi ixtisası üzrə magistr dərəcələri üzrə bitirib. Bir müddət həvəskar futbolla məşğul olub və “Trabzonsporda menecerlik edib. O, həmçinin Trabzonspor basketbol komandasının vitse-prezidenti olub. 2008-ci ildə Cümhuriyyət Xalq Partiyasına (CHP) qoşulub. 2009-cu ildə partiyanın gənclər bölməsinin sədri olub. 16 sentyabr 2009-cu ildə CHP tərəfindən İstanbul Bəylikdüzü bölgəsi üzrə partiyanın qəsəbə təşkilatının sədrliyinə seçilib. 2017-ci ildə İstanbul Böyük Şəhər Bələdiyəsinin sədrliyinə namizəd olsa da, seçkilərdə qalib gələ bilməyib. 2019-cu ilin martında hakim partiyanın namizədi Binəli Yıldırımın üzərində qələbə qazanıb və İstanbul Böyük Şəhər Bələdiyəsinin sədri seçilib.

67 yaşlı Mansur Yavaş İstanbul Universitetinin Hüquq fakültəsini bitirib. Siyasi fəaliyyətə Milliyətçi Hərəkat Partiyasında (MHP) başlayıb və bu partiyadan Beypazarı bələdiyyə başçısı seçilib. MHP-dən Ankara Böyük Şəhər Bələdiyəsinin sədrliyinə namizəd olsa da, seçkilərdə uğur qazana bilməyib. Rəsmi nəticələrə görə, üçüncü yerlə kifayətlənməli olub. 2013-cü ildə Cümhuriyyət Xalq Partiyasına (CHP) qoşulub. 2014-cü ildə yenidən Ankara Böyükşəhər Bələdiyyəsi başçılığına namizəd göstərilsə də, bu dəfə də məğlub olub. 2019-cu ildən Ankara Böyükşəhər Bələdiyyəsinin başçısı olaraq fəaliyyətə başlayıb. Paytaxt Ankaraya rəhbərlik edən M.Yavaş daha çox milliyətçi baxışları ilə seçilir və müxalifətin ən şanslı iki namizədindən biridir.

66 yaşlı Meral Akşener İstanbul Universiteti Ədəbiyyat Fakültəsinin Tarix bölümündən məzun olub. “Yıldız Texnik Universitetində araşdırmaçı kimi çalışmağa başlayan gələcək partiya sədri Mərmərə Universiteti Sosial Elmlər İnistitutunda magistr və doktarantura təhsili alır. Ardınca “Kocaeli Universitetində İnqilab Tarixi bölməsinə rəhbərlik edir. 1995 və 1999-cu il seçkilərində Doğru Yol Partiyasının (DYP) üzvü kimi parlamentə daxil olan Akşener 1996-1997-ci illərdə Necmettin Erbakanın qurduğu koalisiya hökumətində daxili işlər naziri vəzifəsində çalışıb. Akşener Milliyyətçi Hərəkat Partiyasının (MHP) 2007, 2011 və 2015-ci il Türkiyə seçkilərində millət vəkili olaraq parlamentə daxil olub. 25 oktyabr 2017-ci il tarixindən onun rəhbərliyi ilə yaradılmış İYİ Partiyasının sədridir. 2018-ci ildə Türkiyədə keçirilən prezident seçkilərində onun partiyası prezidentin namizədliyini irəli sürüb. 2001-ci ildə MHP-yə qatılan Meral Akşenər, 2007-ci il Türkiyə seçkilərində MHP İstanbul millətvəkili olaraq məclisə girdi. Bu müddət ərzində MHP rəhbəri Dövlət Baxçalıya siyasi işlər üzrə baş müşavirlik etdi. 2004-cu ildə MHP-dən İstanbul bələdiyyə başqanlığına namizəd oldu. 2017-ci ilin oktyabrında İYİ partiyası təsis edildi və Meral Akşenər partiya rəhbərliyinə gətirildi.

Mikayıl Mirzəzadə

Hokm.az