“Yaxın aylarda Yağ Emalı Zavodu fəaliyyətə başlayacaq” – Gülpəri Bayramovabackend
İqtisadiyyat

“Yaxın aylarda Yağ Emalı Zavodu fəaliyyətə başlayacaq” – Gülpəri Bayramova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xocavənd rayonunda Yağ Emal Zavodunun fəaliyyətə başlayacağı barədə məlumat vermişdik. Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri  Bayramova uzunmüddətli icarə müqaviləsi ilə müəssisənin  yenidən bərpasını öz üzərinə götürüb.

Hazırda Qarabağda zavodun bərpa-quruculuq işlərini həyata keçirən BPC sədri bildirib ki, əsas diqqət müasir standartlara cavan verən texoloji yeniliklərin tətbiqinə və işçi heyətinin formalaşmasına yönəlib: “Burada istehsal olunan günəbaxan yağı məhsulları “Qarabağ oil” brendi altında həm yerli bazarlarda satışa çıxarılacaq, həm də xarici bazarlara ixrac olunacaq. Yaxın günlərdə xaricdən mütəxəssislər təşrif  buyuracaq və öz tövsiyyələrini verəcəklər. Qarabağda nəzərdə tutduğumuz investisiya forumunda müəssisənin fəaliyyətini geniş şəkildə işıqlandırmağı nəzərdə tuturuq. Eyni zamandsa logistika imkanları, xarici KİV-lərdə təbliğat işləri də əsas fəaliyyət istiqamətlərimizdən biridir”.

Bayramova qeyd edir ki, 100-ə yaxın Qarabağ sakini ilə görüşlər keçirilib: “Görüşlər müxtəlif formatlarda baş tutub. Füzuli şəhərində Qarabağ Regional Məşğulluq Filialının Füzuli rayon xidmət şöbəsi ilə birlikdə mini əmək yarmarkası təşkil etmişik. Bununla yanaşı, fərdi şəkildə də görüşlərimiz davam edir. Ümumilikdə 100-ə yaxın sakinlə görüş keçirilib ki, onlardan bir qismi ilə artıq razılaşma əldə olunub. Şübhəsiz ki, bu layihə işğaldan azad olunmuş ərazilərimizdə məşğulluğun azaldılmasına da öz töhfəsini verəcək”.

Xatırladaq ki, Azərbaycan Biznes Partnyorları Klubu (BPC) ölkəmizin nüfuzlu iş adamlarının təşəbbüsü və dəstəyi ilə təsis edilib. Əsas missiyası ixracın stimullaşdırılması, “Made in Azerbaijan” brendinin təşviqi və xarici bazarlara çıxışın təminidir. BPC-nin İdarə Heyətinin sədri Gülpəri Bayramova eyni zamanda paytaxt Bakının marketlər şəbəkələrini gündəlik meyvə-tərəvəz məhsulları ilə təhciz edən “Agromix” şirkətinin təsisçisi, Xocavənd rayonunda yerləşən Yağ Emalı Zavodunun icarədarıdır. O, Körfəz ölkələrinin biznes dairələri ilə ciddi əlaqələrə malikdir və ərəb dövlətlərindən Qarabağa investisiya cəlbi istiqamətində də mühüm layihələr həyata keçirir. Müxtəlif beynəlxalq tədbirlərin, o cümlədən Azərbaycan həqiqətlərinin dünyada yayılması ilə bağlı müxtəlif aksiyaların təşkilatçısıdır.