Bakıda uyğunsuz yol nişanı – Bu yoldan keçərkən diqqətli olun – VİDEObackend
Cəmiyyət
1493

Bakıda uyğunsuz yol nişanı – Bu yoldan keçərkən diqqətli olun – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda küçədə quraşdırılan yol nişanları bir-biri ilə uyğun gəlmir və bu fakt sürücüləri çaşdırır.

APress.az xəbər verir ki, Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində yol nişanları uyğun gəlmir. Yerdəki yol nişanı ilə ağacın arxasında gizlədilən yol nişanı uyğun gəlmir.

İddia olunur ki, bu addım məhz sürücüləri çaşdırmaq üçün atılıb. Buna görə də yol nişanları ağacın arxasında gizlədilib.

Məsələ ilə əlaqədar Bakı Nəqliyyat Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayev BAKU.WS-ə açıqlamasında bildirdi ki, məsələdən məlumatlıdırlar.

“Azərbaycan prospekti ilə Əhməd Cavad küçəsinin kəsişməsində yol nişanının yerləşməsi ilə bağlı məsələdən məlumatlıyıq.

Bildirmək istərdim ki, yol nişanı qoyulan zaman iş icraçısı tərəfindən yanlışlığa yol verilib. Əraziyə baxış keçirilən zaman bu və nişanlanma xəttindəki uyğunsuzluq əməkdaşlarımız tərəfindən aşkar edilib. Hər iki məsələnin qısa vaxtda aradan qaldırılması üçün iş icraçısına tapşırıq verilib.

Həmçinin qeyd edim ki, həmin ərazidə yolun sağ tərəfində aydın şəkildə görünən yol nişanı qoyulub. Videoda göstərilən isə yolun sol hissəsində təkraredici yol nişanıdır”, – deyə qurum rəsmisi bildirib.

Qeyd edək ki, Bakıda belə uyğunsuzluğa tez-tez rast gəlmək olur. Bu ya yol çəkilərkən yol verilən nöqsanla izah olunur. Yaxud da qurumların yol çəkərkən və yol nişanları qoyularkən bir-birindən xəbərsiz olmasından xəbər verir. Nəticədə isə yol hərəkəti iştirakçıları əziyyət çəkir.