Bu ilin fevralın 1-nə Azərbaycanda sənaye və istehsal sektoruna kredit qoyuluşlarının həcmi 2,3 milyard manat təşkil edib.
Məlumata əsasən, bu, bir ay əvvələ nisbətən 1,9 milyon manat və ya 0,1% , 2024-cü ilin yanvar ayı ilə müqayisədə isə 870,7 milyon manat və ya 61,8% çoxdur.
Hesabat ayı ərzində sənaye və istehsal sektoruna qoyulmuş kreditlərin 1,5 milyard manatı banklar, 742,9 milyon manatı isə qeyri-banklar tərəfindən yatırılıb.
Qeyd edək ki, ümumilikdə, Azərbaycanda real sektora kredit qoyuluşu üzrə kredit portfeli 29,3 milyard manat təşkil edib.
Bu da aylıq müqayisədə 37,1 milyon manat və ya 0,1%, 2024-cü ilin yanvar ayındakı göstərici ilə müqayisədə isə 5 milyard manat və ya 20,4% artım deməkdir.
// APress.az