Azərbaycanın Baş prokuroru Rusiyaya səfərə gedibbackend
Siyasət
29

Azərbaycanın Baş prokuroru Rusiyaya səfərə gedib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiyanın Sankt- Peterburq şəhərinə səfərə gedib.

Baş Prokurorluqdan APress.az-a verilən məlumata görə, səfər zamanı Kamran Əliyev Rusiyanın Baş Prokurorluğu, Avropa Şurası və Beynəlxalq Prokurorlar Assosiyasiyasının birgə təşkilatçılığı ilə 7-8 iyul tarixlərində keçiriləcək Avropa prokurorluq orqanları rəhbərlərinin konfransında iştirak edəcək.

Azərbaycanın Baş prokurorunun “Avropa İnsan Hüquqları Konvensiyanın tələbləri kontekstində fərdi hüquqlar və ictimai maraqların qorunmasında prokurorluğun rolu” mövzusunda keçirilən konfrans çərçivəsində bir sıra xarici dövlətlərin baş prokurorları və nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri ilə ikitərəfli və çoxtərəfli görüşlər keçirməsi nəzərdə tutulur.