Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Tacikistana səfərə yola düşüb.
Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən APress.az-a verilən xəbərə görə, səfər çərçivəsində nazir Ceyhun Bayramovun “Asiyanın Ürəyi – İstanbul Prosesi” 9-cu Nazirlər Konfransında iştirak etməsi, habelə yüksək səviyyəli dövlət rəsmiləri ilə ikitərəfli görüşlər keçirməsi nəzərdə tutulur.