Erməni jurnalistin ETİRAFLARI: Biz “Bakıda çay içəcəyik” deyib lovğalananda, azərbaycanlılar…backend
Siyasət
1156

Erməni jurnalistin ETİRAFLARI: Biz “Bakıda çay içəcəyik” deyib lovğalananda, azərbaycanlılar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Kommersant” nəşri üçün məqalələr yazan erməni jurnalist Arşaluys Mqdesyan erməni cəmiyyətinin hələ də məğlubiyyətlə və başına gələn acı fəlakətlə barışmaq istəmədiyini deyir. Və bildirir ki, ermənilər hələ də baş verənlərdən dərs çıxarmayıblar.

Onun sözlərinə görə, erməni lovğalığı və illüziyalara qapanması ona gətirib çıxardı ki, Yerevandakı “Yerablur” hərbi məzarlığında 4 minə yaxın təzə qəbir yarandı.

“Yadınızdadırsa ötən illərdə “Yerablur”da lovğalanıb deyirdik ki, “Bakıda çay içəcəyik”, miflər və reallıqlardan uzaq qaçmağımız bizə 4 minə yaxın insan həyatı hesabına başa gəldi. Bütün bunlara biz “Arsax-Ermənistandır və nöqtə”, “Erməni ordusu məğlubedilməzdir”, “Ağdam mənim vətənimdir” kimi şüarlarla gəlib çıxdıq. İndi arxas tarixi minimuma qədər azaldı, “Yerablur” isə tarixi maksimuma qədər böyüdü”,-o Civilnet.am saytına deyir.

Mqdesyan bildirir ki, “Yerablur” təkcə qələbə deyil, həm də məğlubiyyətdir. “Lakin biz həm bunu, həm onu dəfn etmişik. Biz qələbəni qiymətləndirmədik və indi məğlubiyyəti etiraf edib ondan dərs çıxarmaq istəmirik”,-erməni jurnalist bildirir.

O qeyd edir ki, Ermənistanda ordunun məğlubedilməzliyi haqda danışanda Azərbaycanda yeni müharibə metodlarını öyrənirdilər. “Biz deyirdik ki, ordumuz məğlubedilməzdir və mövzunu qapadırdıq. Biz həmin orduda xidmətə, zabitlərin hazırlığına və yeni texnologiyaların tətbiqinə barmaqarası baxırdıq. İT-sənayemiz haqda lovğalanırdıq, hansı ki, onun əslində online-qumar oyunlarından ibarət olduğu üzə çıxdı. “Axmaq” saydığımız azərbaycanlılar isə dronlarla döyüşməyi öyrənirdilər”,-Mqdesyan deyib.

Jurnalist əlavə edir ki, ermənilər hələ də miflərin əhatəsindədir və məğlubiyyəti görməmək naminə hər şeyə göz yumurlar. Mqdesyan deyir ki, “Erməni ordusu yox, hökuməti uduzub”, “Xalq uduzmayıb, hökumət uduzub” kimi bəyanatlar 2016-cı ilin aprel müharibəsindən sonra da səslənirdi. “İndi isə “Yerablur”da biz qələbəni də, məğlubiyyəti də dəfn etmişik. Dörd minə yaxın həyat sönüb, xəyallar puç olub. Torpaq ölülərlə dolub, biz isə yoxsullaşmışıq”,-jurnalist bildirir. (virtualaz.org)