KTMT Baş katibi Stanislav Zasın bəyanatları qəribədir.
APress.az Axar.az-a istinadla xəbər verir ki, bunu “Azadlıq radiosu”na müsahibəsində Ermənistanın hakim Mülki Müqavilə Partiyasının üzvü Ruben Rubinyan deyib.
Rubinyan Ermənistanın suverenliyinin təhdid altında olduğunu əsas gətirərək, KTMT-yə müraciət etdiklərini və Zəngəzurla bağlı situasiyanın KTMT nizamnaməsinin 2-ci maddəsinə uyğun gəldiyini iddia edib.
Qeyd edək ki, bundan öncə KTMT Baş katibi Stanislav Zas Zəngəzurla bağlı məsələnin KTMT nizamnaməsinə uyğun olmadığını və məsələnin sərhəd insidenti olduğunu deyib.