Ermənistan ordusunda döyülmə, fərarilik və güllələnmə faktlarıbackend
Siyasət
312

Ermənistan ordusunda döyülmə, fərarilik və güllələnmə faktları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan ordusunun hərbi qulluqçuları arasında son vaxtlar hərbi xidmətdən yayınma, xidmət yerini özbaşına tərk etmə və məzuniyyətdən gecikmə halları artmaqda davam edir.

APress.az ordu.az-a istinadən xəbər verir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birinin hərbi qulluqçusu xidmət yerindən qaçıb.

Qafan ərazisindəki postdan fərarilik edən Orber Ayvazyanın tapılması və geri qaytarılması ilə bağlı komandanlıq tədbir görür.

Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan hərbi hissələrdən birində baş verən hadisə əsgər valideynləri arasında böyük narazılığa səbəb olub. Hərbi hissədə mövcud olan acınacaqlı vəziyyət səbəbindən xidmət etmək istəməyən daha bir erməni əsgər özünü güllələyib.

Yayılan xəbərlərdə deyilir ki, Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət edən, tank taborunun əsgəri Aram Qriqoryan tabeliyində olan silahdan atəş açaraq özünü başından vurub.

Həmişə olduğu kimi Ermənistan müdafiə nazirliyi hadisə ilə bağlı heç bir rəsmi açıqlama verməyib.

Ermənistan ordusunun mövcud olan qanunsuzluqlar səbəbindən son vaxtlar hərbi qulluqçular arasında nizamnamədən kənar münasibətlər zəminində cinayət hallarının sayı çoxalmaqdadır.

Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində tibb məntəqəsinin sürücüsü vəzifəsində xidmət edən Artur Balayan daha çox xidmət keçmiş əsgərlər tərəfindən vəhşicəsinə döyülüb. Müxtəlif bədən xəsarətləri alan A.Balayan tibb məntəqəsinə yerləşdirilib.

Faktla bağlı hərbi polis tərəfindən araşdırma aparılır.