Belarusiya Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana səfər edəcək.
Sfera.az bildirir ki, bu barədə BelTa məlumat yayıb.
İki günlük proqram geniş danışıqlar gündəliyini nəzərdə tutur. Xüsusilə də Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyevin iki görüşü olacaq. Bunlardan biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-rəsmi atmosferdə dövlət başçıları Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.
Danışıqların rəsmi hissəsinin çərşənbə günü baş keçirilməsi planlaşdırılır. Prezidentlərin görüşü heyət üzvlərinin iştirakı ilə kiçik və geniş tərkibdə keçiriləcək. Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla doldurulmasına yönəldiləcək. Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Həm də daha az aktual əhəmiyyətli mövzulara toxunacaqlar: səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq.
Dövlət başçıları beynəlxalq gündəlikdəki aktual məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.
Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir. /Virtualaz.org