Prezidentdən ATƏT-in yuxusunu qarışdıran AÇIQLAMAbackend
Siyasət
339

Prezidentdən ATƏT-in yuxusunu qarışdıran AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

30 il ərzində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində cidd bir təşəbbüslə çıxış etməyən ATƏT-in Minsk Qrupu Azərbaycan öz müqəddəratını həll etdikdən sonra yağışdan sonra göbələk kimi peyda oldu. Müharibədən əvvəl hərbi əməliyyatların başlanma riskinin yüksək olduğu bir vaxtda ağızlarına su alan və münaqişə tərəfləri arasında konstruktiv təkliflər vermək əvəzinə susmağı və hadisələrə seyrçi qalmağı üstün tutan Minsk Qrupu müharibədən sonra Azərbaycan Prezidentinin hər açıqlamasına operativ reakisya verməkləri ilə diqqət çəkirlər. Bu dəfə ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransdakı çıxışı zamanı “Biz gözləyirik ki, ATƏT-in Minsk qrupu regionda dinc həyatın daha da nizamlanması üzrə öz təkliflərini təqdim edəcək. Hesab edirəm elə sahələr var ki, onlar orada münaqişədən sonrakı vəziyyətə təsir göstərməkdə rol oynaya bilərlər. Münaqişənin həllinə kömək edən qrup kimi yox, çünki münaqişə artıq həll olunub. Ümidvaram ki, Minsk qrupunun nümayəndələri tezliklə Azərbaycana bir sıra təkliflərlə gələcəklər və biz bu təklifləri diqqətlə öyrənəcəyik” sözlərindən dərhal sonra çıxıb bəyanat verməsi Azərbaycanın 44 günlük müharibə ilə daşları yerindən oynatdığından xəbər verir. Aprelin 13-də Prezident İlham Əliyevin xarici politoloqlar qarşısında çıxışı zamanı ATƏT-in Minsk Qrupu haqqında dediyi fikirlərdən bir neçə saat sonra həmsədrlərin qış yuxusundan ayılmasının və Qarabağla bağlı bəyanat verməsinin şahidi olduq. Bu, bəyanatdan çox yalvarışa da bənzəyir.

Son 5 ay ərzində cərəyan edən hadisələr göstərir ki, Azərbaycanın müharibənin başlandığı ilk gündən beynəlxalq hüquqa və onların özlərinin qəbul etdikləri BMT Qətnamələrinə istinadı və Ordumuzun uğurları Minsk Qrupunun da “səyahət” planlarını da alt-üst edib. Elə bunun nəticəsidir ki, Ermənistanın kapitulyasiyası aktından sonra Azərbaycan dövlət başçısının Minsk Qrupu ilə bağlı hər açıqlaması həmsədrləri səksəkəyə salır. Lakin Azərbaycan yaxşı xatırlayır ki, müharibənin getdiyi bir vaxtda elə həmin 3 dövlət (ABŞ, Rusiya, Fransa) tərəfindən BMT TŞ-da beynəlxalq hüququn prinsiplərinə uyğun olmayan addımların atılmasına cəhdlər edilmişdi.

Dünən ATƏT-in Minsk Qrupu həmsədrlərinin yaydığı bəyanatı da müharibəyə qədər olduğu kimi tərəflər arasında obyektivliyi güdməyən və postmüharibə reallıqlarını nəzərə almayan yersiz bəyanat kimi qiymətləndirmək olar.

2 gün öncə Prezident İlham Əliyevin konfransda səsləndirdiyi fikirlərdən dərhal sonra sözügedən Qrupun həmsədrləri yaydıqları bəyanatın əsas qayəsi təbii ki, münaqişə ilə bağlı yenidən danışıqlar aparılmalı olması təklifindən başqa bir şey deyil. Ancaq hansı münaqişədən söhbət gedir? Azərbaycan Prezidenti 10 noyabr bəyanatının imzalandığı gündən bəri az qala hər çıxışında Dağlıq Qarabağ münaqişəsinin sona çatdığını Ermənistana və onun havadarlarına xatırladır. 44 günə Azərbaycan Ordusunun son qoyduğu Ermənistanın işğalçılıq siyasətinə son qoyması, “münaqişə” termininin artıq tarixə qovuşduğunu niyə qəbul etmək istəmədikləri isə heç kimə sirr deyil. Bundan bir gün sonra – Aprelin 14-də Prezident İlham Əliyevin Aleksandr Lukaşenko ilə görüşdən sonra mətbuata açıqlamasında dediyi “Minsk qrupunun nə ilə məşğul olacağı bizə hələ məlum deyil” fikirləri isə işğala özü son qoyan rəsmi Bakının başının daha vacib işlərə qarışdığı mesajı ola bilər.

Həmsədrlər bəyanatlarında meyitlərin qaytarılması ilə bağlı əldə olunan mühüm nailiyyətləri və münaqişə nəticəsində köçkün düşənlərin yenidən məskunlaşması, humanitar yardımın göstərilməsi və adekvat yaşayış şəraiti, habelə bölgədə nəqliyyat və rabitə xətlərinin blokdan çıxarılmasına yönəlmiş konstruktiv müzakirələrlə bağlı davam edən irəliləyişləri alqışlasalar da
minalanmış ərazilərlə bağlı canfəşanlıqları çox da müşahidə edilmir.

Sözügedən təşkilat anlamalıdır ki, 30 il ərzində dünyanın istənilən nöqtəsindəki münaqişəyə, o cümlədən Ermənistana təsir alətləri olan dövlətlərin işğalçı ilə işğala məruz qalan arasında balanslı siyasəti bundan sonra da davam edəcək. Lakin dəyişən reallıq var. Azərbaycan və Ermənistan arasındakı regiondakı yeni geosiyasi proseslər Minsk qrupunun iştirakı olmadan həyata keçirilir. Minsk Qrupu bu vəziyyətdən narahatdırsa papağını yenidən qabağına qoyub ədalətli düşüncəyə yer ayırmalıdır, əgər bacarsa…