“Rəsmi Bakı Rusiyaya nota verə bilər…” – “İsgəndər-M” raketlərilə ilə bağlı tutarlı açıqlama gecikirbackend
Siyasət
355

“Rəsmi Bakı Rusiyaya nota verə bilər…” – “İsgəndər-M” raketlərilə ilə bağlı tutarlı açıqlama gecikir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Şuşaya atılan “İsgəndər-M” raketlərilə bağlı Moskvadan izahat tələb edə, hətta nota verə bilərik. Amma elə reaksiya göstərməliyik ki, həm Azərbaycanın maraqları qorunsun,  həm də Rusiya ilə münasibətlərimizdə böyük bir böhran yaratmasın.  Azərbaycan cəmiyyəti məsələ ətrafında narahatlığı və reaksiyasını ortaya qoyub. Düşünürəm ki, rəsmilər də bu reaksiyanın ortaya çıxmasında maraqlıdır. Məsələn, ANAMA  rəsmisinin məsələ ilə bağlı 3 dəfə müxtəlif kontekstdə açıqlaması olub”. 
Bu sözləri Sfera.az-a açıqlamasında Moskvanın Şuşada qalıqları tapılan “İsgəndər-M” raketlərilə bağlı bitkin cavab vermədiyi təqdirdə Azərbaycanın hansı addımlar atmalı olduğuna aydınlıq gətirərkən QAFSAM-ın sədr müavini Nazim Cəfərsoy deyib:
“Rusiya Azərbaycan münasibətləri çoxmiqyaslı, çoxtərəfli münasibətlər səviyyəsindədir. Qarabağ məsələsi və Rusiya sülhməramlılarının gəlməsilə bu məsələ daha da həssaslaşıb. Rusiyadan “İsgəndər-M” raketlərilə bağlı dolğun cavab ala bilməsək, yaranmış vəziyyətdə elə etməliyik ki, Kreml bu müstəvidə Azərbaycan üçün müəyyən fürsətlər yaratsın”.
Politoloq həmin fürsətlərin nədən ibarət ola biləcəyinə də aydınlıq gətirib: “Moskvadan açıqlama tələb edə bilərik.  Rusiyanın Qarabağ məsələsi ətrafında nisbətən düzələn imici “İsgəndər”lə bağlı yaranan son proseslə əlaqədar neqativə doğru dəyişir. Bu fonda Moskvadan həm öz imicini qorumaq, həm də Azərbaycanın da maraqlarına cavab verəcək addımların atılmasını gündəmə gətirə bilərik. Həmin addımlar antiterror əməliyyatlarına müəyyən fayda vermək, önümüzdəki dönəmdə sülhməramlıların azərbaycanlıların Qarabağa qayıdışı ilə bağlı bəzi addımlar atmasını, Azərbaycan rəsmilərinin Xankəndinə səfərinin təşkili, bu şəhərdə Qarabağın azərbaycanlı icmasının ofisinin açılması, Laçın koridoru ilə bağlı Bakını daha çox təmin edən əməkdaşlığın qurulması istiqamətində ola bilər”.