Azərbaycanlıların Ərsakına “Artsax” deyib özününküləşdirmək istəyən sarsaq ermənilər indi dillərindən də imtina edib özlərini təzə dilə — rus dilinə sərrəmaq istəyir. Rus dilini “ikinci rəsmi dil” elan ediblər”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı səsləndirib. O bildirib ki, bu məsələni rusların oyunu adlandırıb: “Bunların dili var ki, ikinci dil də elan edələr. Əlbəttə aydındır ki , bu məsələ rusların oyunudur. Rusların “Ermənistan” adlı alətlərini sındırmışıq, indi “artsax” adlı yeni alət düzəltmək istəyirlər. Amma səyləri əbəsdi, zaman başqadır və ortada Türkiyə-Azərbaycan adında güc mövcuddur. Rus ayısının oyunları daha keçməyəcək”.
QAT sədri əlavə edib ki, Xankəndidə Azərbaycan və Türkiyə bayraqlarının dalğalanacağı günə az qalıb: “Ermənilər bunu başa düşüb, bizim bayrağımıza, dilimizə sığınmalıdır. Özü də bunu tez etməlidirlər ki, sonra yaxına buraxmayacağıq. Yeri gəlmişkən, ermənilərin 2017-ci ildə Cəbrayılda tikdikləri “kilsə” daha çox tövləyə oxşayır. İndi bunlar gündə bir tövlə tikib, adını kilsəyə qoyacaqlar ki , dəyməyin? Bu tikili kilsə deyil, qanunsuz tikilidir və ona görə də dağıdılmalı idi. Erməni “tövlə-kilsəsi”nə görə hay-küy salanların isə insafları olsun, bircə anlığa dönüb dağıdılan yüz minlərlə Azərbaycanlı evlərinə , məscidlərinə , qəbirstanlıqlarına baxsınlar. Erməniyə züy tutmasınlar. Hər halda özləri bilərlər. Biz də öz işimizi artıq yaxşı bilirik”.