Adı ölüm işində hallanan deputat gömrük qaydalarını pozdubackend
Parlament
65

Adı ölüm işində hallanan deputat gömrük qaydalarını pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət Gömrük Komitəsi ( DGK) “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti (QSC) barəsində Xətalar Məcəlləsinin 485.4-cü maddəsi ilə cərimə protokolu tərtib edib.

Buna səbəb şirkətin gömrük qaydalarını pozmasıdır. DGK artıq cərimə protokolunu baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərib.

İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslərin 1000 AZN, hüquqi şəxslərin isə 1500 AZN məbləğində cərimə olunması nəzərdə tutulur.

“Avromed Company” QSC 2001-ci ildən fəaliyyət göstərir. Şirkətin nizamnamə kapitalı 57 000 AZN-dir. QSC-nin qanuni təmsilçisi isə Ağasi Kamran Akif oğludur.

Kamran Ağasi “Avromed Company” QSC-nin qanuni təmsilçisi olsa da, sahibi deyil. Şirkətin sahibi deputat Cavanşir Feyziyevdir.

Bir müddət əvvəl deputatın adı ölümlə nəticələnən ağır yol qəzasında hallandırılırdı. Həmin qəza Xəzər rayonu Qala qəsəbəsi ərazisində baş verib. “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobil Mərdəkan istiqamətində hərəkət edərkən 40-45 yaşlı qadını vurub. Zərbənin gücündən yolun əks istiqamətinə düşən qadın “Wolksfagen Passat” markalı, 99 CD 689 nömrə nişanlı avtomobilin altında qalıb və yerindəcə keçinib.

Həmin vaxt yayılan məlumatlarda iddia olunurdu ki, “Porsche Cayenne GTS” markalı, 90 FC 111 dövlət qeydiyyat nişanlı avtomobilin sükanı arxasında Cavanşir Feyziyev olub.(hit.az)