Ağdamdakı İmarət qəbiristanlığı və türbələr bərpa olunacaqbackend
Siyasət
375

Ağdamdakı İmarət qəbiristanlığı və türbələr bərpa olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Adamda İmarət qəbiristanlığı, Pənahəli xan və İbrahimxəlil xanın, Xurşidbanu Natəvanın türbəsi ilə bağlı geniş məlumatımız, çap olunmuş məqalələrimiz var. Ancaq işğal dövründə ermənilər tərəfindən bu abidələr bərbad vəziyyətə salınıb”.

APress.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərdə məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının nəzdindəki İdarələrarası Mərkəz nümayəndələrinin Ağdama səfəri çərçivəsində jurnalistlərə açıqlamasında AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, professor Arif Məmmədov bildirib.

A. Məmmədov deyib ki, tam əvvəlki görkəmində olmaqla, tezliklə bu abidələrin bərpası işləri aparılacaq: “İnşallah, bu ərazi yenidən insanların ziyarət yerinə çevriləcək”.