Ali məktəblərə sənəd qəbulu başlayırbackend
Təhsil
20

Ali məktəblərə sənəd qəbulu başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gündən etibarən ali təhsil və orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu elanı başlayır. 26 maydan 8 iyuna qədər onlayn formada sənəd qəbulu aparılacaq.

APress.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirilən mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, hər kəs birinci imtahanda dövlət büdcəsi hesabına imtahan verə bilər: “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları, şəhid ailəsinin üzvləri, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, məcburi köçkün statusu olan şəxslər, I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların imtahan xərcləri dövlət hesabına qarşılanacaq. 3 sənəd qəbulu komissiyası var. Hər vətəndaş sənədlərini elektron formada təqdim edə bilər. Lakin 2012-ci ildən sonra məzun olan abituriyentlərin attestatları haqqında bizdə məlumat olmadığı üçün, sözügedən sənəd qəbulu komissiyaları yaradılıb. Abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər. SQK-lar hər gün, şənbə, bazar və bayram günləri istisna olmaqla, saat 10-dan 17-dək fəaliyyət göstərirlər”.

Məleykə Abbaszadə əlavə edib ki, gələn həftədən etibarən 5-ci qrupa qəbul imtahanının tarixi elan ediləcək: “Pandemiya şəraitində olduğumuz üçün, imtahan tarixləri Operativ Qərargah tərəfindən təsdiq edildikdən sonra ictimaiyyətə elan ediləcək. Sənəd qəbulu üzrə əsas kontingent formalaşandan sonra imtahan keçiriləcək məntəqələr müəyyənləşdiriləcək”.