ATƏT-in fəaliyyətdə olan sədri Ann Linde Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi ilə əlaqədar narahatlığını ifadə edib.
APress.az xəbər verir ki, Linde bu haqda öz tviter hesabında yazıb.
“Tərəfləri son humanitar addımlara əsaslanmağa və həll olunmayan məsələlərin dinc yolla həlli üçün 9 noyabr bəyanatını tam olaraq icra etməyə çağırırıq”, – deyə ATƏT sədri qeyd edib