Azərbaycan daha bir ölkədə səfirlik təsis edir.
APress.az-ın məlumatına görə, bu barədə məsələ Milli Məclisin bu gün keçiriləcək iclasına daxil edilib.
Belə ki, iclasda “Azərbaycan Respublikasının Bosniya və Herseqovinada (Sarayevo şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikası qanununun layihəsi müzakirəyə çıxarılacaq.