Azərbaycan Ermənistandan mina xəritələrini almağa davam edəcək: Növbədə hansı rayondur? – AÇIQLAMAbackend
Siyasət
298

Azərbaycan Ermənistandan mina xəritələrini almağa davam edəcək: Növbədə hansı rayondur? – AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Ötən həftə işğaldan azad olunan Ağdam rayonunun minalanmış ərzailərinin xəritələri 15 erməni əsirin müqabilində Azərbaycan tərəfinə verildi. Qarşıdakı zaman ərzində digər rayonların da mina xəritəsinin verilməsi gözlənilir.
Görəsən, Ağdam rayonunun ardınca hansı rayonunun minalanmış hissəsinin xəritəsi Azərbaycana təhvil verilə bilər? 
Mövcud sual ətrafında Sfera.az-a danışan deputat Azər Badamov minalanmış ərazilərin xəritəsini Ermənistanın uzun müddət saxlaya bilməyəcəyini bildirib:
“Məlum olduğu kimi işğaldan azad olunan ərazilərdə minatəmizləmə prosesi həm yerli, həm də beynəlxalq səviyyəli qurumların nümayəndələri tərəfindən aparılır. Lakin xəritələrin məlum olmaması hər kvadrat metrin bizim tərəfimizdən yoxlanılmasını tələb edir. Tərəfimizdən Ermənistana çox sayda müraciət edilib ki, xəritələr təqdim edilsin. Beynəlxalq təşkilatlarda nümayəndələrimiz vasitəsilə ən çox qabardılan məsələlərdən biri də budur. Bu istiqamətdə gördüyümüz işlərin nəticəsidir ki, Ağdamın xəritəsi təhvil verildi. Artıq növbə digər rayonlarındır. Düşünürəm ki, Ağdam kimi işğaldan azad olunan digər rayonların da mina xəritəsi alınacaq. Ermənilər bu xəritələri uzun müddət özündə saxlaya bilməz, bu beynəlxalq konvensiyalara ziddir”.
Deputat növbədə hansı rayonun olması məsələsinə aydınlıq gətirib:
“Ağdam təmas xəttində yerləşdiyi üçün bu rayon daha çox minalanmışdı ki, biz qayıdarkən itkilər çox olsun. Lakin müzəffər ordumuz Ağdamı azad edərkən arxadan hücuma keçib, düşmənə zərbə endirdi. Bizim üçün hansı rayonun mina xəritəsinin verilməsinin fərqi yoxdur. Hansı rayonun xəritəsi veriləcəksə, orada bərpa işləri aparılacaq və əhali məskunlaşacaq”.