Azərbaycanlı hərbçilərdən ibarət bir neçə qrup əvvəlki mövqelərinə qayıdıb, amma onların bir hissəsi hələ də Ermənistan ərazilərindədir.
APress.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Sözügedən məlumatda iddia olunur ki, Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan ərazisinə daxil olmasından sonra sərhəddəki gərginlik əvvəlki günlə müqayisədə əasalı surətdə dəyişməyib.
“Mayın 16-da aparılan danışıqlardan sonra Ermənistan ərazisinə daxil olan Azərbaycan Silahlı Qüvvələrinin bir neçə qrupu əvvəlki mövqelərinə qayıdıb. Amma Azərbaycan hərbçilərinin bir hissəsi hələ də Ermənistan Respublikasının ərazisindədir. Bəyan edirik ki, Ermənistan Respublikasının suveren ərazilərinə hər hansı bir təcavüz qətiyyən qəbuledilməzdir və gözlənilməz nəticələrə səbəb olacaq ciddi proseslərin qarşısını almaq üçün Azərbaycan hərbçiləri qeyd-şərtsiz ərazimizi tərk etməlidir” – deyə, bəyanatda vurğulanır.
Sfera.az