Azərbaycan-Rusiya sərhədində yük maşınlarının növbəsi aradan qalxıb.
Samur Gömrük Postundan APA-nın şimal bürosuna verilən məlumata görə, növbələrlə bağlı artıq vəziyyət stabilləşib və sıxlıq aradan qaldırılıb.
Qeyd edək ki, bir müddət əvvəl Azərbaycan-Rusiya sərhədində yük maşınlarının uzun növbəsi yaranmışdı.
Tranzit və mövsümlə əlaqədar Azərbaycandan Rusiyaya yük daşıyan nəqliyyat vasitələrinin sayının artması ilə bağlı 1500-dən çox yük maşını qonşu ölkəyə keçmək üçün növbə gözləyirdi. Rusiya tərəfi ilə əldə olunan razılaşmaya görə, qonşu ölkəyə buraxılan yük maşınlarının sayı artırılmışdı.