Azərbaycanlılar hətta İrəvanın mərkəzində rahat yaşayacaqlar – Rus siyasətçi AÇIQLADIbackend
Siyasət
476

Azərbaycanlılar hətta İrəvanın mərkəzində rahat yaşayacaqlar – Rus siyasətçi AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Reallıq ondan ibarətdir ki, ermənilər Qarabağ klanına qarşı nifrət etdiklərini bütün dünyaya sübut etdilər. Azərbaycan torpaqlarının işğaldan azad edilməsindən sonra Qarabağ klanının Zəngilan qızılını qeyri-leqal istismarı etməsi faktları bizə məlum oldu. Öyrəndik ki, uzun illər İran sərhədindən və işğal olunmuş Azərbaycan torpaqlarından qaçaqmalçılıq karvanları keçirmiş.

APress.az Axar.az-a istinadla xəbər verir ki, bu barədə Rusiyanın tanınmış siyasi xadimi Maksim Şevçenko “Krallar və piyadalar” (Koroli i Peşki) verilişinin efirində bildirib.

Onun sözlərinə görə, Qarabağ klanı bu işğal illəri ərzində milyonlara sahib oldu, erməni xalqı isə səfalət içində yaşadı:

“Bütün bu illər ərzində Rusiya, Amerika və ya Fransadakı saraylarda əyləşən harınlamış erməni milyonçuları “Onların millətinin Tiqran nəslindən olduğunu”, “böyük Ermənistanın müqəddəs torpaqları uğrunda ölmək lazım olduğunu” deyirdilər. Amma bu gün, nəhayət, biz ermənilərin əsl səsini eşitdik. Sadə ermənilərin bu səsi göz qabağındadır: “Biz müharibə istəmirik”, “Biz vətəndaş hüquqlarına riayət olunmasını istəyirik”, “Biz Avropa xalqları kimi yaşamaq istəyirik”.

Vacib detalı anlamaq lazımdır ki, ermənilər Paşinyana deyil, müharibə istəyən Qarabağ klanına qarşı səs veriblər.

Bundan sonra əminəm ki, vaxt keçəcək və azərbaycanlılar hətta İrəvanın mərkəzində belə rahat yaşaya biləcəklər”.