“Baydenin açıqlaması erməni faşizminə qol-qanad verib” – Açıqlamabackend
Siyasət
302

“Baydenin açıqlaması erməni faşizminə qol-qanad verib” – Açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Son günlər müxtəlif ölkələrdə faşist ritorikadan çıxış edən erməni qruplaşmaları fəallaşıb.
Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun “Twitter”dəki paylaşımından da göründüyü kimi, bu şəhərin mərkəzində Ermənistan Gənclər Federasiyasından və Amerika Erməniləri Milli Komitəsindən olan radikal daşnak ermənilər Azərbaycan bayrağına bükülmüş bir Azərbaycan manekeni etnik zorakılığa çağırışlarla “edam” ediblər.
Bundan başqa, Fransanın  Saint-Die-Des-Vosges şəhərində 40 nəfərlik erməni qrupu bıçaq və silahdan istifadə edərək, türk ailələrinin evlərinə hücum edib. Nəticədə 4 nəfər yaralanıb, 3-ü xəstəxanaya yerləşdirilib.
Erməni vandalizminin müasir nümunələri sayılan bu olaylara münasibət bildirən politoloq Cümşüd Nuriyevin Sfera.az-a deyib ki, bütün bunlar Baydenin siyasətindən yaranmış “cəsarət”dir:
“Bu adamın məlum sayıqlamasından sonra ermənilər fəallaşıb. Azərbaycanın müharibədə qələbə çalması ilə Ermənistan və havadarları çətin vəziyyətə düşüb. Qarabağda ermənilərin uduzması ilə onlara vəsait ödənişi də dayandırıldı. Ona görə də Kaliforniyada belə olaylara əl atıblar. Bu da yenidən vəsait toplamaq üçün növbəti bir biznes layihəsidir. Utanverici hal odur ki, bunu da ermənilər ABŞ kimi böyük dövlətin prezidentinin əlilə etdilər. 1915-ci ildə bütün  Osmanlı imperiyasında cəmi 800 minə yaxın erməni olub. Necə soyqırım olub ki, Osmanlının başında duran sultan Əbdülhəmidin anası erməni olub? Osmanlı parlamentində habelə 14 erməni kökənli deputat fəaliyyət göstərib. Türkiyə Ordusunda 17 general, 365 yüksək, 1785 aşağı zabit heyəti və 7780 nəfər əsgər erməni kökənli olub. Bu da o zamanki Osmanlı ordusunun 10 faizinə yaxın bir rəqəmdir.  Amerikalıların özləri iki əsr öncə 20 milyon hindunu, eskimosu, asteki soyqırıma məruz qoyaraq öldürüb. Belə olan halda onlar hansı ədalətdən danışırlar?”
Politoloqun sözlərinə görə,  erməni terrorunun iç üzünü açmaq üçün daha geniş aspektdə təbliğat aparılmalıdır: “Daşnakstyun Partiyasının nizamnaməsində də göstərilir ki, kim onlara qarşı çıxsa, onlar terrora məruz qalmalıdırlar. Terror ermənilərin qanındadır. Azərbaycanda son 30 ildə ermənilərin törətdiyi terror nəticəsində 35-40 min insan həlak olub. Azərbaycan Cümhuriyyətinin liderlərini də ermənilər öldürüb. Ona görə də erməni terroru ilə bağlı mövcud olan materiallar dünyada daha geniş təbliğ olunmalıdır ki, bəşəriyyət onların əsl iç üzünü görsün”.

C. Nuriyev həmçinin düşünür ki, bu terror yuvasını beşiyində boğmaq üçün Azərbaycanın antiterror əməliyyatı həyata keçirməlidir: “Heç bir zəmanət yoxdur ki, Bakıdakı ermənilər Azərbaycana xəyanət etmir, ya da erməni terrorçularını maliyyələşdirmirlər. 2018-ci ildə rəsmən Azərbaycandan Ermənistana 211 milyon dollar pul köçürülüb. Bu məsələ qaldırılmalıdır. Dağlıq Qarabağ ərazisində antiterror əməliyyatı həyata keçirməlidir. Buna səlahiyyətimiz çatır. Hadisələrin gedişi də Azərbaycanın xeyrinədir. Baydenin sayıqlaması  Zəngəzur dəhlizinin açılmasına səbəb olacaq”.