Bayramov Lavrovla görüşdə üçtərəfli bəyanatdan danışdıbackend
Siyasət
379

Bayramov Lavrovla görüşdə üçtərəfli bəyanatdan danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Azərbaycan üçtərəfli bəyanat çərçivəsində öz öhdəliklərinə məsuliyyətlə yanaşır və onları yerinə yetirir”.

APress.az-ın  məlumatına görə, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrovla birgə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ölkəmiz bir neçə birtərəfli addım atıb: “Humanitar yüklərin Azərbaycan ərazisindən keçməsinə icazə verilib. Təxminən 2 600 cəsəd Ermənistan tərəfinə təhvil verilib”.

Nazir Rusiya-Türkiyə monitorinq mərkəzinin birgə fəaliyyətini yüksək qiymətləndirib.

C. Bayramov müəyyən sahələr üzrə inkişaf olduğunu da dilə gətirib: “Digər sahələr üzrə isə hələ nəticə yoxdur. Başa düşürük ki, Ermənistanın daxilindəki siyasi vəziyyət buna təsir edir. Üçtərəfli bəyanatların yerinə yetirilməsində Ermənistanın da üzərinə düşən öhdəlikləri həyata keçirməsi vacibdir”.