“BBC Farsca” Azərbaycan Prezidentinin Şuşada alovlandırdığı Novruz tonqalının görüntülərini paylaşdıbackend
Siyasət
237

“BBC Farsca” Azərbaycan Prezidentinin Şuşada alovlandırdığı Novruz tonqalının görüntülərini paylaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad edilmiş Şuşada Novruz tonqalını alovlandırması dünya mətbuatının diqqətindədir.

Bununla bağlı bir sıra nüfuzlu KİV öz saytlarında xəbərlər və sosial şəbəkə hesablarında məlumatlar paylaşıblar.

“BBC Farsca”nın 13 milyon izləyicisi olan “Instagram” hesabında da bununla bağlı paylaşım edilib.

Sözügedən postun başlığı bundan ibarətdir: “Azərbaycan Prezidenti Novruz tonqalını Şuşa yüksəkliklərində qaladı”.

Şəkillərdən ibarət olan bu post 236 min bəyənmə və 7 min şərhlə səhifədə son paylaşılan ən çox şərh və bəyənmə olan şəkilli postdur.