Bəzi səfirlərin yerləri dəyişdiriləcək, kim hara göndərilir? – SİYAHIbackend
Siyasət
283

Bəzi səfirlərin yerləri dəyişdiriləcək, kim hara göndərilir? – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

XİN-dəki kadr islahatları davam etdirilir. Belə ki, Azərbaycanın xaricdəki müxtəlif səfirliklərinə əməkdaşların şəffaf müsabiqə əsasında təyinatları ilə bağlı müsbət siqnalların sayı artmaqdadır.

Yaxın günlərdə isə bəzi xarici ölkələrdəki səfirlərimizin yerdəyişməsi gözlənilir.

Bəs, hansı dəyişikliklər gözlənilir?

Sfera.az bununla bağlı araşdırma aparıb.

İlk olaraq qeyd edək ki, Azərbaycanın Qazaxstandakı səfiri Rəşad Məmmədovun Türkiyəyə təyinat alacağı gözlənilir.

Türkiyədəki səfirimiz Xəzər İbrahimin isə bundan sonrakı fəaliyyətini ABŞ-da davam etdirəcəyi bildirilir.

ABŞ-dakı səfirimiz Elin Süleymanovun Böyük Britaniyaya, Böyük Britaniyadakı səfirimiz Tahir Tağızadənin isə Avstriya və ATƏT-ə səfir təyinatı gözlənilir.

Eyni zamanda XİN İdarə rəisi Ağalar Atamoğlanovun Qazaxstana, Zaur Əhmədovun isə İsveçə təyinat alacağı daxil olan informasiyalar arasındadır.

Səfir təyinatını gözləyən kadrlar arasında Elnur Sultanovun və İlqar Muxtarovun da olduğu bildirilir.

Qeyd edək ki, adı çəkilən səfirlərin hər biri cəmiyyətimizdə müsbət imici və peşəkar obrazı ilə səciyyələnir.