Deputat: “Məhkəmələrin müstəqilliyi təmin edilməlidir”backend
Parlament
611

Deputat: “Məhkəmələrin müstəqilliyi təmin edilməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“İxracın stimullaşdırılması üçün çox ciddi tədbirlərin görülməsinə ehtiyac var”.

E-huquq.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Vahid Əhmədov deyib.

İdxalda ərzaq məhsullarının üstünlük təşkil etdiyini bildirən deputatın fikrincə, Azərbaycanda ərzaq məhsullarının istehsalına diqqət artırılmalıdır: “Bunu Prezident İlham Əliyev də hökumət qarşısında vəzifə kimi qoyub. Korporativ idarəetmənin müsbət nəticələrindən biri Azərbaycanda vergi sisteminin təkmilləşdirilməsidir. Əvvəllər sahibkarlardan vergi ilə bağlı çox şikayət alırdıq. Bu gün isə demək olar ki, Azərbaycanda vergi ilə bağlı problem yoxdur. Respublikada korrupsiyaya qarşı mübarizə çərçivəsində də tədbirlər görülüb. Amma Azərbaycanın hüquq-mühafizə sistemində islahatların aparılması bizi daha çox maraqlandırır. Məhkəmə sistemində müəyyən islahatlara getmək lazımdır, məhkəmələrin müstəqilliyi təmin edilməlidir”.