Deputat Rüfət Quliyev seçicilərlə görüşübbackend
Parlament
524

Deputat Rüfət Quliyev seçicilərlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Deputat Rüfət Quliyev iyun ayının 1-də Lənkəran şəhərindəki ” Deputat otağı”nda mövcud karantin qaydalalarına tam əməl olunmaqla növbəlilik əsasında 16 seçicini qəbul edib.

Görüşü açan professor Rüfət Quliyev ilk növbədə seçicilərə ölkədə hökm sürən sabit ictimai- siyasi vəziyyət, dinamik iqtisadi inkişaf, keçən görüşdən ötən müddətdəki deputat fəaliyyəti barədə ətraflı məlumat verib.

Sonra qəbula gələnlərin problemləri dinlənilib. Bunların içərisində şəhid valideynlərinin üzləşdikləri vəziyyət, işlə təmin olunmaq, mənzil-torpaq, otlaq sahəsi, məişət-kommunal, pensiya, maddi- təminat məsələləri yer alıb.

  Qaldırılan məsələlərin bəzilərini deputat yerindəcə həll edib, həlli vaxt tələb edənlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata götürülüb. Həlli qanunvericiliyin tələblərinə cavab verməyən və deputat səlahiyyətləri çərçivəsindən kənara çıxan məsələlərin müəlliflərinə zəruri məsləhət və izahatlar verilib.

Açıklama yok.

Açıklama yok.