Deputatın bankı əlindən alınır? – Payının bir hissəsini satıbbackend
Parlament
1027

Deputatın bankı əlindən alınır? – Payının bir hissəsini satıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İş adamı, deputat Məşhur Məmmədovla bağlı yayılan söz-söhbətlər öz təsdiqini tapmaqdadır. Belə ki, M.Məmmədovla yaxın qohumu (şəriki) arasında olan problemlər ucbatından biznesinin bir hissəsini itirməli olub. 

M.Məmmədovun qohumlarından birinin Azsiyasət.com-a verdiyi məlumata görə, deputata məxsus biznes şirkətlərinin, kredit təşkilatlarının, mebel firmalarının bir hissəsi əlindən alınıb, ancaq məsələ başqa cür ictimaləşdirilir. Guya o, səhmlərini satıb. Etibarlı mənbənin bildirdiyinə görə, əslində o özünə məxsus səhmləri satmaqla canını qurtarmaq istəyir.

Bu gün isə M.Məmmədovla bağlı yeni bir xəbər yayıldı. “Embafinans” QSC bank olmayan kredit təşkilatının (BOKT) səhmlərinin müvafiq olaraq 60%-nə və 40%-nə nəzarət edən Elşad Abbasov və Məşhur Məmmədov (Milli Məclisin üzvü) paylarının bir hissəsini yeni səhmdara satıb.

Azsiyasət.com xəbər verir ki, söhbət Tamara Polyakovadan gedir.

O, BOKT-un səhmlərinin 14%-ni əldə edib, Son nəticədə mövcud səhmdarların payı müvafiq olaraq 51%-ə və 35%-ə düşüb.

Xatırladaq ki, “Embafinans” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 10 milyon manatdır.