Dilqəm Əsgərov xeyli sirr AÇDIbackend
Siyasət
152

Dilqəm Əsgərov xeyli sirr AÇDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məni Bakıda mühakimə olunan heç bir erməni terrorçunun, diversantın məhkəməsinə dəvət etməyiblər. Amma çağırmalıydılar!”.

APress.az xəbər verir ki, bu sözləri modern.az-a erməni girovluğunda olmuş Dilqəm Əsgərov deyib. O bildirib ki, Bakıda mühakimə olunanları üzbəüz görmək istəyir:

“Burada saxlananların üzünü görə bilmədim, xəbərdar etmədilər ki, bilim kimlərdi. Bəlkə də Bakıdakı diversantlar, terrorçular arasında bizə işgəncə verənlər də var. Məndən soruşan olmadı. Bakıda iki erməni terrorçuya 20 il həbs cəzası kəsildi. Bunu ədalətli qərar hesab etmirəm. Onlara ömürlük həbs cəzası verilməli idi. Mən Kəlbəcərə, ata-anamın qəbrini ziyarətə getmişdim. Məni saxlayıb ömürlük həbs cəzası verdilər. Azərbaycan ərazisində terrorçuluq edənlərə isə 20 il verilir.

Erməni əsirliyində, girovluğunda olmuş azərbaycanlıların hamısı diversantların məhkəməsinə dəvət edilməliydi. Biz girov götürüləndə 2 erməni vəkil 1 il məni divara dirəyib, hər cür sual verdi. Mən də istəyirdim ki, Bakıda onlara suallarımı verim, bu da açıq şəkildə ictimaiyyətə yayımlansın.

Ballıqayada bir ailəni 4 uşağı ilə birlikdə doğrayan ermənilər idi. Xankəndidə Azərbaycan qızlarını girov saxlayan da onlar idi. Bu gün Xankəndidə iki kəlbəcərli var. Onları uşaq olanda erməni ailəsinə övladlığa veriblər. Artıq 30-dan çox yaşları var, adlarını Arsen və Suren qoyublar . Niyə onlarla maraqlanmırlar? Bax,Azərbaycanda saxlanan ermənilərdən bütün bunları soruşmaq lazımdır. Bir erməni bilirsə, bütün Qarabağda yaşayan ermənilər də bilirlər.

Ermənistanda  100-dən çox azərbaycanlı qadın saxlanılır. Mən girov düşəndən sonra bildim ki, Kəlbəcərin Comərd kəndində bir azərbaycanlı qız saxlayırlar. Sən demə, onu bir içki düşkünü olan erməni girov saxlayırmış. İndi yəqin ki, İrəvana aparıblar. Onu da axtarıb tapmaq lazımdır”.

Dilqəm Əsgərov xatırladıb ki, ermənilər azərbaycanlı girov və əsirlərə ağılasığmaz işgəncələr verdiyi halda, Azərbaycan hökuməti Bakıda saxlanılan terrorçu və diversantlara insani münasibət bəsləyir:

“Ağdamın mina xəritəsinin alınması müqabilində Ermənistana təhvil verilənlər Azərbaycan hökumətinin onlara işgəncə vermədiyini demişdilər. Halbuki, onlar bizə ağılasığmaz işgəncələr verirdilər. Mənə əsas işgəncə verdirən Qarabağ separatçılarının keçmiş lideri Bako Saakyan, onların “təhlükəsizlik katibi” Viktor Koçaryan və saxta prokuror Qabrielyan idi. Onların hər biri günahkardır. Amma layiqli cəzalarını almayıblar. Azərbaycanda saxlanan ermənilərə daha ciddi cəzalar verilməlidir”.
Xatırladaq ki, Dilqəm Əsgərov həmyerlisi Şahbaz Quliyev və Cəbrayıl sakini Həsən Həsənovla  2014-cü ilin iyulunda Kəlbəcərə ata-baba yurdunu ziyarət etməyə getmişdi.
Həmin vaxt Ermənistan əsgərləri ilə atışmada Həsən Həsənov güllələnərək öldürülmüş, Dilqəm və Şahbaz isə girov götürülmüşdü. Sonradan Qarabağda qurulan saxta məhkəmədə Şahbaz Quliyevə 22 il, Dilqəm Əsgərova ömürlük həbs cəzası kəsilmişdi.
2020-ci ilin payızında torpaqlarımızın azad olunması ilə nəticələnmiş Vətən müharibəsinin yekununda Rusiya və Azərbaycan prezidentiləri, Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanatda əsir və girovların qaytarılması tələbi icra olunarkən Dilqəm Əsgərov və Şahbaz Quliyev də azad olunub. Onlar 2020-ci il dekabrın 14-də Ermənistandan Bakıya gətiriliblər.