Bu günə qədər Azərbaycanda 460 minə yaxın vətəndaş vaksinasiya olunub.
APress.az xəbər verir ki, bunu Milli Məclisin iclasında Baş nazir Əli Əsədov Nazirlər Kabinetinin 2020-ci il üzrə hesabatını təqdim edərkən deyib.
O bildirib ki, vaksinasiya koronavirus infeksiyasının yayılmasının miqyasını kiçildəcək.
Baş nazir Azərbaycan dövlətinin pandemiya ilə mübarizə və fəsadların aradan qaldırılması məqsədilə davamlı tədbirlər həyata keçirdiyini də diqqətə çatdırıb.
oxu.az