Əli Məsimli təhsillə bağlı yeni təklif verdi: Bu ailələr…backend
Parlament
369

Əli Məsimli təhsillə bağlı yeni təklif verdi: Bu ailələr…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Pandemiya dövründə ən müsbət addımlardan biri aztəminatlı tələbələrin təhsil haqqının dövlət tərəfindən qarşılanması oldu. Bu istiqamətə büdcədən ayrılan vəsaitin 26 milyon manatı xərcləndi. Nəticədə 20800 tələbənin təhsil haqqı dövlət tərəfindən ödənildi. Bu olduqca müsbət hadisədir və dəstəklənməyə layiqdir”.

APress.az xəbər verir ki, bu sözləri parlamentin bu gün keçirilən plenar iclasında deputat Əli Məsimli deyib.

İqtisadçı əlavə edib ki, bu il də aztəminatlı ailələrdən çıxan tələbələrin təhsil haqqını dövlət qarşılayacaq: “Bu prosesin davam etdirilməsi olduqca müsbət hadisədir. Bakalavır pilləsində təhsil alan aztəminatlı tələbələr problem yaşamayacaq”.

Bununla belə deputat təklif edib ki, pay torpaqları məsələsinə yenidən baxılsın: “Kiçik torpaq sahələrindən əldə olunan gəlirlər ehtiyac mayarından (170 manat) aşağıdır. 5 hektardan az torpağı olan ailələrdəki tələbələrin də təhsil haqqının dövlət tərəfindən ödənilməsi çox müsbət hadisə olardı. Təklif edirəm ki, müvafiq qurumlar bu məsələni araşdırsın”.

Sonda Əli Məsimli bildirib ki, təhsil prioritet məsələdir: “Bura qoyulan sərmayə batmır”.