Ərdoğan Şuşada bu açılışları edəcək (DETALLAR)backend
Siyasət
251

Ərdoğan Şuşada bu açılışları edəcək (DETALLAR)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya səfəri təbii aktdır. Bizim Türkiyə Respublikası ilə o qədər sıx əməkdaşlıq əlaqələrimiz var ki, demək olar ki, il ərzində prezidentlər bir neçə dəfə qarşılıqlı səfərlər edirlər. Bu səfərlərdə həm ikitərəfli münasibətləri, həm də regional durumu nəzərdən keçirirlər. Bu baxımdan hesab edirəm ki, Ərdoğanın Bakı səfərində qeyri-adi nəsə axtarmağa dəyməz”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin deputatı Rasim Musabəyov deyib.
Millət vəkili bildirib ki, bu səfərin anonsu hələ may ayının əvvəlindən verilib:
“Cənab Ərdoğan öz çıxışlarının birində bəyan etmişdi ki, Ramazan bayramı bitəndən sonra Azərbaycana səfər edəcək. Eyni zamanda, bu səfər çərçivəsində Şuşaya gedəcək. Məndə olan məlumata görə, Şuşada Türkiyə konsulluğunun açılması nəzərdə tutulub. Burada türk liseyinin təməl daşının qoyulması da planlaşdırılır”.
Deputatın fikrincə, əslində bu, Şuşanın bir Azərbaycan şəhəri olaraq əbədi mövcudluğunun saxlanmasının bir nümayişidir:
“Burada təkcə Azərbaycanın yox, Türkiyənin də iradəsi var. Bu səfər Ermənistanda revanşist düşüncədə olanlar üçün də bir mesajdır. Həm də erməniləri himayə edən beynəlxalq güclərə bir ismarışdır. Ona görə də düşünürəm ki, Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri həm öz xalqlarımıza, həm də dünyaya Azərbaycan-Türkiyə qardaşlıq, dostluq münasibətlərinin bir nümayişidir”.