Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz tvitter hesabında Azərbaycana səfəri ilə bağlı paylaşım edib.
APress.az xəbər verir ki, Ərdoğan paylaşımında Qarabağ zəfərinin Azərbaycana, Qafqaza və dünyaya gətirəcəyi faydaların dəyərinin zaman keçdikcə daha yaxşı başa düşüləcəyini bildirib:
“Çünki bu, dağıntının yox quruculuğun, zülmün yox ədalətin, kobudluğun yox zərifliyin, müharibənin yox sülhün, qanın yox qəlbin zəfəridir”.