Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova futbol şərhçi Nobel Arustamyanın Bakıda keçiriləcək AVRO-2020 matçlarını işıqlandırması üçün qeydiyyata alındığını açıqlayıb.
APress.az xəbər verir ki, bu barədə Zaxarova “Facebook” hesabında yazıb.
XİN rəsmisi buna görə UEFA-ya təşəkkür edib.
Qeyd edək ki, Rusiyanın “Matç tv” kanalı şərhçi Nobel Arustamyana UEFA tərəfindən akkreditasiya verilmədiyini iddia etmişdi. Buna səbəb kimi Azərbaycanın ona akkreditasiya verməkdən imtina etməsini göstərilirdi.