Erməni katolikos Birinci Aram vətəndaşları təxribata çəkən çıxışlar edib.
APress.az xəbər verir ki, yerli media katalikosun respublika günü münasibətilə xalqa videomüraciətini yayıb.
Ermənistanın dini rəhbəri çıxışında insanları sülh və əmin-amanlığa deyil, aşkar şəkildə müharibəyə, revanş almağa çağırıb.
“Müharibə qurtarmayıb. Erməni xalqı, oyan!”,- deyə katalikos bildirib.
Qeyd edək ki, Ermənistan kilsənin və ümumilikdə din xadimlərinin siyasətə, dövlət işlərinə təsir etdiyi nadir ölkələrdən sayılır. Dini ölkə olmamasına baxmayaraq, İrəvanda siyasi ideologiyanı çox vaxt kilsə tənzimləyir. İkinci Qarabağ müharibəsində növbəti dəfə şahidi olduq ki, erməni din xadimləri vətəndaşları qanlı döyüşlərə təhrik edərək, terrorçu mövqedən çıxış edirlər.
(Azvizion)