Ermənistan ordusunun Xankəndidə yerləşən birliklərinin Azərbaycanı tərk etməsini göstərən daha bir video yayılıb.
APress.az xəbər verir ki, sosial şəbəkələrdə yayılan videoda ermənilərin ağır texnikanı yük maşınları ilə daşıdığı əks olunub.
Qeyd edək ki, erməni ordusunun Xankəndidən çıxmasını əks etdirən ilk video ötən gün yayılıb. Sözügedən videoda hərbi avtomobil karvanı və hərbçilərin Azərbaycan şəhərini Laçın dəhlizi ilə tərk etdiyi əksini tapmışdı. // axar.az