Ermənilər növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdubackend
Siyasət
403

Ermənilər növbəti dəfə Naxçıvandakı mövqelərimizi atəşə tutdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyulun 16-sı saat 10:00 radələrindən etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikasının Sədərək-Arazdəyən istiqamətində atəşkəs rejimini pozaraq mövqelərdə təkmilləşdirmə işləri aparan mühəndis bölmələrimizin şəxsi heyətini və texnikasını müxtəlif çaplı silahlardan atəşə tutub.

 

Bu barədə APress.az-a Əlahiddə Ümumqoşun Ordudan məlumat verilib.

 

Bölmələrimizin şəxsi heyəti və texnikasında itki və zərərçəkən yoxdur.

 

Düşmən cavab atəşi ilə susdurulub.