Ermənilər sərhəddəki kəndləri boşaldır: “Onlar kəndi qorumağa gəlmədilər”backend
Siyasət
358

Ermənilər sərhəddəki kəndləri boşaldır: “Onlar kəndi qorumağa gəlmədilər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın Azərbaycanla sərhədində yerləşən 4 kəndin sakinləri evlərini tərk edərək, yaxın şəhərlərə köçməyə başlayıb.

 

Sfera.az xəbər verir ki, bunlar Qeğakunik rayonunun Kut (Zərkənd), Azat, Norabak və Yuxarı Şorca kəndlərinin sakinləridir.

 

Zərkəndin icma rəhbəri Sima Çitçiyan bildirir ki, hazırda hansı tərəfə baxırlarsa, orada Azərbaycan Ordusunun postlarını görürlər:

 

“Örüş sahələrimiz qalmayıb. Heyvanlarımızı otarmağa yerimiz yoxdur. Əkin sahələrimizi biçmək üçün heç bir ikmanımız yoxdur. Məcbur olub arpanı, vələmiri əllə biçirik”.

Çitçiyan deyib ki, Azərbaycan Ordusu ilə aralarında bufer zona yaratmaq üçün rus sülhməramlılarını kəndə çağırıblar. Onun sözlərinə görə, İrəvan rəsmiləri də ruslarla bu barədə danışıq aparıb:

 

“Lakin onlar kəndi qorumağa gəlmədilər. İrəvandan isə bizə deyirlər ki, bir qədər də səbirli olaq. Nə qədər səbirli olmaq olar?”

 

İcma rəhbəri bildirib ki, artıq kənd camaatı bu şəkildə yaşaya bilmir. Onun sözlərinə görə, rəsmi qurumlar da onlara kömək etmək fikrindən uzaqdırlar:

“Əgər vəziyyət bu şəkildə davam edərsə, kəndlilər kəndləri tərk edəcəklər. Bir çoxları artıq qərararını belə veriblər. Onlar heyvandarlıqla məşğul ola biləcəkləri ərazilərə köçməyi qətiləşdiriblər”./Hit.az