Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev işğaldan azad edilmiş Cəbrayıl rayonunda erməni kilsəsinin sökülməsinə dair KİV-də yayılan xəbərlərə münasibət bildirib.
APress.az xəbər verir ki, H.Hacıyev bu barədə “Twitter” səhifəsində paylaşım edib:
“2017-ci ildə XİN sözçüsü kimi işləyərkən işğal altında olan, əvvəllər ermənilərin heç vaxt yaşamadığı Cəbrayılda qanunsuz olaraq ibadətgah tikilməsi barədə açıqlama vermişdim. Orada qeyd olunurdu ki, Azərbaycanın işğal olunmuş ərazilərində hər şeyin məhv edildiyi bir vaxtda belə dini abidənin inşası xristianlığın təməl prinsiplərinə ziddir”.
Sfera.az