Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakının Pirşağı qəsəbəsində ağac əkiblər.
APress.az-ın xəbərinə görə, sonra dövlət başçısı və xanımı qəsəbə ilə tanış olublar.
Qeyd edək ki, aprelin 16-da Bakının Pirşağı qəsəbəsində yenidənqurma tədbirlərinə start verilib və təmir-bərpa işlərinin təməli qoyulub. Tədbirdə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.