Bu gün Ramiz Ayvaz oğlu Həsənov xarici işlər nazirinin müavini vəzifəsindən azad edilib. Prezident İlham Əliyevin sərəncamı ilə Ramiz Həsənov Azərbaycanın İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Sfera.az xəbər verir ki, R.Həsənov 1961-ci il avqustun 20-də Gürcüstanın Marneuli şəhərində anadan olub. 1983-cü ildə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunu bitirib. 1984-1990-cı illərdə SSRİ Xarici Ticarət Nazirliyində çalışıb. 1990-1992-ci illərdə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Xarici İqtisadi Əlaqələr Komissiyasında işləyib.
1993-1997-ci illərdə Azərbaycan Respublikasının Xarici İqtisadi Əlaqələr Nazirliyində məsul vəzifələrdə çalışıb. 1997-2004-ci illərdə Azərbaycan Respublikası “Azərkontrakt” Açıq Səhmdar Cəmiyyəti sədrinin 1-ci müavini olub. 2004-2005- ci illərdə Azərbaycan Respublikasının Gürcüstan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri olub. 2005-2008-ci illərdə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru, 2008-2018 – ci illərdə isə Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində işləyib.
2018-ci ilin may ayından bu günə kimi xarici işlər nazirinin müavini olub. İngilis və rus dillərini bilir. Evlidir, iki övladı var. // Azvision.az