“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik təsdiqləndibackend
Siyasət
273

“İşsizlikdən sığorta haqqında” Qanunda dəyişiklik təsdiqləndi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Prezident İlham Əliyev “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu təsdiqləyib.

APress.az xəbər verir ki, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 14.3-cü maddəsi aşağıdakı redaksiyada verilir:

“14.3. Sığorta ödənişinin hesablanması üçün orta aylıq əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində sığortaolunanın sığorta haqları üzrə hesabatlarda olan aylıq əməkhaqqı barədə məlumatları əsasında müəyyən edilir.”.