Lavrov ermənilərin “ən vacib məsələsi”ni Bakıda qaldıracaq – “Qəbul edilə bilməz”backend
Siyasət
279

Lavrov ermənilərin “ən vacib məsələsi”ni Bakıda qaldıracaq – “Qəbul edilə bilməz”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Ermənistana səfəri ölkəmizdə də maraqla izlənilir.
Qeyd edək ki, Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Ara Ayvazyan Lavrovla görüşdə erməni köçkünlərin öz evlərinə qayıtmasını ən vacib məsələ adlandırıb. Bu isə bir müddətdir, ölkə mətbuatında yer alan Rusiyanın erməniləri Hadruta qaytarmaq istəyində olması haqda iddiaları yenidən aktuallaşdırır.
Maraqlıdır, Yerevandan sonra ölkəmizə səfər edəcək Sergey Lavrov Bakıya doğurdanmı “Hadrut planı” ilə gəlir? 
Mövzuyla bağlı Sfera.az-a açıqlama verən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Azərbaycanın nəzarətində olan ərazilərə erməni köçkünlərin qaytarılması planı var: “Düşünürəm ki, bununla bağlı rəsmi Bakı da məlumatlıdır. Lavrovun Bakı səfərində bu məsələ də müzakirə predmeti olacaq. Rusiya həm də istəyir ki, ATƏT-in Minsk qrupu yenidən dövriyyəyə daxil olsun və köçkünlər məsələsi bu formatda da müzakirə olunsun”.

Həmsöhbətimiz düşünür ki, rəsmi Yerevanın bu mövqeyi bölgədə gedən normallaşma prosesinə zərbə vura bilər: “Sergey Lavrov erməni köçkünlərin qayıdışı mövzusunu Bakıda da qaldıracaq. Azərbaycan tərəfi isə qəti şəkildə belə təklifləri qəbul etməyəcək. Çünki ilk növbədə azərbaycanlı köçkünlər Xankəndi, Xoçalı, Xəcavənd və Ağdərəyə qayıtmalıdır. Hansı ki, bu məqam 10 noyabr bəyanaməsində öz təsdiqini tapıb”.

Sfera.az