Lavrovun sərsəmləməsinin pərdəarxasıbackend
Siyasət
388

Lavrovun sərsəmləməsinin pərdəarxası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın xarici işlər naziri Sergey Lavrov yenə sərsəmləyib. Bildirib ki, ermənilər və azərbaycanlıların birlikdə yaşamaqları ATƏT-in Minsk Qrupunun iştirakı ilə təmin olunmalı və Qarabağın statusu yalnız bundan müzakirə edilməlidir.

Lavrovun ziddiyyətli açıqlamasından başa düşülən odur ki, Rusiya hələ də Qarabağın statusunun olduğunu və bu statusun ən azından qeyri-müəyyən istiqamətdə davam etdiyi düşüncəsindədir. Elə Rusiyanın özünü Qarabağda ixtiyar sahibi kimi aparması, az qala hər gün müxtəlif beynəxlaq təşkilatlarla Qarabağı müzakirə etməsi, təkcə Rusiya təhlükəsizlik şurasının iclasında Qarabağı dəfələrlə müzakirəyə çıxarması, ermənilərin təxribat-diversiya hərəkətlərinə göz yumması, erməni keşişlərin belə, təxribatçı açıqlamalarına susması, rus sülhməramlıların erməni təəssübkeşliyi bu ölkənin Qarabağla bağlı Azərbaycan üçün xoşagəlməz planlarının olduğunu göstərir. 

Məlumdur ki, Azərbaycan tərəfi post-müharibə dövründə status-kvonun ləğv olunduğunu bildirib və Qarabağın statusunun ləğv olunduğunu bəyan edib. Belə olan halda, Lavrov və Rusiyanın digər rəsmilərinin statusla verdiyi açıqlamalar hansı anlama gəlir? Rusiyanın Qarabağda hökm sahibi olduğunu hər kəs car çəkdiyini? 

Bəs, belə olan halda, nə etmək lazımdır? Təbii ki, bütün üçtərəfli görüş və sənədlərdə Qarabağın statusunun olmadığını rəsmiləşdirmək, Qarabağın birmənalı şəkildə Azərbaycana məxsus olduğunu bütün üçtərəfli sənədlərdə rəsmiləşdirmək, sonra masaya oturmaq. 

O ki, qaldı Sergey Lavrovun ATƏT-in Minsk qrupu ilə bağlı çərənləməsinə, bu, yenə də Rusiyanın bütün vasitələrlə özünün regionda ixtiyar sahibi olduğunu göstərməsi və münaqişənin bitmədiyinə eyham vurmasını göstərir. Çünki Minsk qrupunun missiyası Dağlıq Qarabağ münaqişəsinin sülh və təhlükəsizlik istiqamətində həllinə vasitəçilik etmək idi. Lakin hər kəsə məlumdur ki, Minsk qrupu Azərbaycan ərazilərinin işağlda olduğu 30 il ərzində missiyasını düzgün yerinə yertirməyib, birtərəfli mövqe ortaya qoyub. Prezident İlham Əliyev də dəfələrlə Minsk qrupunun birmənalı olmayan fəaliyyətinə münasibət bildirib, hətta müharibədən sonra təşkilatın həmsədrləri ilə Bakıda keçirilən görüşdə onların münaqişənin həllində heç bir rol oynamadığını vurğulayıb. 

İndi isə sual yaranır: Azərbaycan münaqişənin bitdiyini bildirdiyi və münaqişə bitdiyi halda, həmçinin, Minsk qrupunun da fəaliyyətinə xitam verilməli olduğu halda Rusiyanın münaqişənin bitmədiyinə hesablanan fikirləri Azərbaycanın mövqeyi ilə tərs mütənasib deyil? Bu, Rusiyanın münaqişəni saxlayaraq çirkin niyyətlərini Ermənistan vasitəsi ilə həyata keçirmək istədiyindən xəbər vermir? Məhz bu baxımdan, yuxarıda qeyd etdiyim kimi, bütün bu ziddiyyətli və qərəzli  davranışlara son qoymaq üçün bütün üçtərəfli görüş və sənədlərdə Qarabağın Azərbaycanın vahid ərazisi olduğu qeyd olunmalı, statusun olmadığı rəsmi şəkildə təsdiqini tapmalı, yalnız bundan sonra müzakirələr aparılmalıdır ki, dilimiz də, dirçəyimiz də uzun olsun və cəbhədə əldə olunan qələbə masada da əksini tapsın. Çünki rəsmi sənədlər Azərbaycanın haqlı mövqeyini təsdiqləyəndən sonra qeyd-şərtsiz heç bir sual da cavabsız qalmayacaq.

APress.az

Mərahim Nəsib.