Lukaşenko Azərbaycan Prezidentinə təbrik məktubu yazdıbackend
Siyasət
337

Lukaşenko Azərbaycan Prezidentinə təbrik məktubu yazdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
APress.az-ın xəbərinə görə, məktubda deyilir:
“Hörmətli İlham Heydər oğlu.
Milli bayramınız – Respublika Günü münasibətilə Sizi Belarus xalqı adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, ölkənin regionda mühüm rolu və beynəlxalq arenada artmaqda olan nüfuzu Sizin həyata keçirdiyiniz sabit, öz mənafelərini uğurla müdafiə edən güclü dövlətin yaradılmasına yönəlmiş kursun səmərəliliyini şəksiz sübut edir.
Əminəm ki, Minsk ilə Bakı arasında səmimi dostluğa və qarşılıqlı faydalı tərəfdaşlığa əsaslanan əməkdaşlıq yeni perspektivli layihələr və təşəbbüslərlə zənginləşərək möhkəmlənəcək və genişlənəcək.
İcazə verin, mənim bu yaxınlarda baş tutmuş səfərim zamanı qonaqpərvər Azərbaycan torpağında səmimi qəbula və etimada əsaslanan dostcasına söhbətlərə görə Sizə bir daha təşəkkürümü bildirim.
Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzu edirəm”.