“Macarıstan uzun illər ərzində Azərbaycanın beynəlxalq müstəvidə mövqeyini dəstəkləyib. Xüsusilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi mövcud olduğu müddətdə Macarsıtan hər zaman birmənalı şəkildə Azərbaycanın haqq işini dəstəkləyib”.
APress.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov martın 10-da Bakıda Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyatronla birgə keçirdiyi mətbuat konfransında deyib.
“Xüsusilə Vətən müharibəsi dövründə Macarıstanın Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə verdiyi dəstəyi yüksək dəyərləndiririk”, – o bildirib.