Mariya Zaxarovanın sərhəddəki gərginliklə bağlı açıqlamasına REAKSİYAbackend
Siyasət
393

Mariya Zaxarovanın sərhəddəki gərginliklə bağlı açıqlamasına REAKSİYA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova dünən keçirdiyi brifinqdə Azərbaycanla Ermənistan sərhədindəki insidentə münasibət bildirərkən deyib ki, bu olayın Qarabağ problemi ilə heç bir əlaqəsi yoxdur.

Onun sözlərinə görə, burada əsas səbəb Sovet vaxtından miras qalmış Ermənistan-Azərbaycan sərhədinin beynəlxalq hüquqi cəhətdən formalaşmamasıdır.

Məsələ ilə bağlı Sfera.az-a danışan politoloq Əlimusa İbrahimovun fikrincə, Rusiya XİN sözçüsünün bu açıqlaması əslində sülhyaratma prosesində iştirak edən Rusiya sülhməramlılarını sığortalamaq məqsədi daşıyır:

“Baş verən insidentlər rus sülhməramlılarının fəaliyyətinə xələl gətirə bilər. Onların öz missiyalarının öhdəsindən gələ bilmədikləri, yaxud gəlmək istəmədikləri barədə mövcud olan fikrin geniş yayılmasına səbəb ola bilər. Məhz bundan sığortalanmaq,  məsuliyyəti sülhməramlıların üzərindən götürmək üçün də Rusiya XİN-in əməkdaşı sərhəddəki insidentin Qarabağ problemilə əlaqəsinin olmadığını bildirib”.

Həmsöhbətimizə görə, sərhəddəki insident Ermənistan daxilindəki çəkişmələrdən qaynaqlanır: “Sərhəddəki son qarşıdurmalarda məqsəd Bakı ilə İrəvan arasında olan gərginliyi daha da artırmaq, Ermənistanda keçiriləcək seçkilərin təxirə salınmasına nail olmaq və Paşinyanın yeni qüvvə ilə hakimiyyətə gəlməsinin qarşısını almaqdır.  Bu mənada, Azərbaycanla Ermənistan sərhədində baş verənlər  məhz düşmən ölkədəki daxili çəkişmələrlə bağlıdır. Xaricdəki bəzi qüvvələr də Ermənistan daxilində gedən prosesləri gərginləşdirməkdə maraqlıdır. Rusiyanın regionda təkbaşına hərəkət etməsi  Qərbin xoşuna gəlmir.  Ümid edirəm ki, Zaxarova da həmin sözləri məhz Ermənistan daxilində baş verənlərə işarə edərək söyləyib”.